Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın ''Takanami'' hərbi gəmisi Oman körfəzinə yollanıb

Yaponiyanın ''Takanami'' hərbi gəmisi Oman körfəzinə yollanıb

Tarix: 2 Fevral 2020 10:12

Yaponiyanın "Takanami" esminesi Ərəbistan dənizinin şimalı və Oman körfəzi sularında patrul xidmətinə yollanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Takanami" esminesinin "Lockheed P-3 Orion" təyyarələri ilə birgə keşik çəkmə xidməti fevral ayının ortalarında başlayacaq. Təyyarələr artıq yanvarın 11-də Okinava adasından xidmət yerinə uçublar.

Əməliyyat bir il müddətinə nəzərdə tutulub və 260 Yaponiyanın özünümüdafiə qüvvələrinin hərbi xidmətçisinin iştirakı ilə keçiriləcək. Yaponiya gəmilərini qorumaq üçün fövqəladə hallarda silahlardan istifadəyə icazə verilib.

Bildirilir ki, Hörmüz Boğazı və Fars Körfəzi İranla tarixi dostluq münasibətlərinə "kölgə salınmaması" üçün patrul zonasına daxil edilməyiblər.

Qeyd edək ki, Yaponiyanın 2020-ci il büdcəsində Oman körfəzində patrul xidmətləri üçün 4,7 milyard yen (təxminən 43 milyon dollar) vəsait ayrılıb.


Etiketlər:  Yaponiyanın Takanami hərbi gəmisi Oman körfəzinə yollanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ