Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yığmasının sabiq futbolçusu vəfat etdi

Azərbaycan yığmasının sabiq futbolçusu vəfat etdi

Tarix: 2 Fevral 2020 15:32

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov fevralın 1-də 51 yaşında qəfildən dünyasını dəyişib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Çernomorets" (Novorossiysk) klubunun saytı məlumat yayıb.

Mayorov 13 il (1992-2005) "Çernomorets" klubunun şərəfini qoruyub, 2012-2020-ci illərdə isə məşqçilər korpusunda yer alıb. Veteran futbolçu ötən əsrin 90-cı illərində klubun rəmzinə çevrilib.

1969-cu ilin oktyabrın 13-də Bakıda doğulan Lev Mayorov "Neftçi"nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz"də oynayıb. 1990-cı illərdə millimizdə 2 matç keçirib.

"Çernomorets"in yaydığı başsağlığında qeyd edilib ki, Mayorov ölümündən əvvəl Bakıya səfər etmək istədiyini deyirmiş.


Etiketlər:  Azərbaycan yığmasının sabiq futbolçusu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ