Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 21:12
Amerikalı aktrisa Pamela Anderson 13 gün əvvəl ərə getdiyi prodüser əri Con Pitersdən ayrılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib. 52 yaşlı aktrisa ilə 74 yaşlı prodüserin toyu yanvarın 20-də Malibuda baş tutmuşdu. Məlumata görə, cütlüyün toyu olsa da, onlar heç vaxt bir yerdə yaşamayıblar.
Qeyd edək ki, bu, Pamela Andersonun 5-ci evliliyi olub.