Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 02:30
Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən uzun əl sıxma mərasimi keçirilib. Belə ki, 1817 nəfərdən ibarət insan zənciri Əbu-Dabinin Umm Al Emarat parkında "Vahid dünya - tək mesaj" adlı tədbirdə bir-birinin əlini sıxaraq dünya rekorduna imza atıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təşəbbüs Əbu-Dabi polis departamentinin gənclər Şurası tərəfindən Roma Papası Fransisk və Böyük Əl-Əzhar İmamının görüşməsinin birinci ildönümü münasibətilə irəli sürülüb. Həmin görüşdə insanların qardaşlığı haqqında sənəd imzalanmışdı. Mərasimdə BƏƏ-nin analıq məsələləri üzrə Ali şurasının sədri Fatima bint Mübarək və Tolerantlıq naziri Nəhyan bin Mübarək Əl Nəhyan iştirak ediblər.
Mərasimin sonunda Ginnesin Rekordlar Kitabının sertifikatı BƏƏ-nin yüksək vəzifəli şəxslərinə təqdim edilib.