Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən kənarda koronavirusa yoluxanların sayı 151-ə çatıb

Çindən kənarda koronavirusa yoluxanların sayı 151-ə çatıb

Tarix: 3 Fevral 2020 09:02

Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 151 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Yaponiyada - 20, Tailandda - 19, Sinqapurda - 18, Cənubi Koreyada 15, Avstraliyada - 12, ABŞ-da - 11 yoluxma halı qeydə alınıb.

Bundan əlavə, Almaniyada - 10, Malayziyada - 9, Vyetnamda - 7, Fransada - 6, BƏƏ-də - 5, Kanadada - 4, Rusiya, Böyük Britaniya, Hindistan və İtaliyada - 2 yoluxma halı baş verib.

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az


Etiketlər:  Çindən kənarda koronavirusa yoluxanların sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ