Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək

Tarix: 20 May 2019 12:48

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda kiçik və orta biznesin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda bildirib.

O qeyd edib ki, hazırda ölkə iqtisadiyyatının 80 faizi özəl sektorun payına düşür:

“Eyni zamanda sahibkarlığın inkişafına mane olan bir sıra problemlər var. Məsələn, qeyri-sağlam rəqabət, kölgə iqtisadiyyatı. Bu və digər amillər kiçik və orta biznesin inkişafına da mane olur. Bunun nəticəsi kimi il ərzində 30-40 min sahibkarlıq subyekti öz fəaliyyətini dayandırır. Ona görə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən ictimai şuraların işini gücləndirmək lazımdır ki, maneələrin aradan qaldırılması məqsədi ilə monitorinqlər keçirilsin”.

Z.Səmədzadənin sözlərinə görə, ictimai şuraların işlərinin fəallaşması sahibkarların yeni maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək, bu isə öz növbəsində kiçik və orta biznesin inkişafını gücləndirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ziyad Səmədzadə İctimai şuralar kiçik orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ