Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil sexində yanğın olub, xəsarət alan var

Avtomobil sexində yanğın olub, xəsarət alan var

Tarix: 3 Fevral 2020 19:18

Bakı. Trend:

Gəncədə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli tikilinin birinci mərtəbəsində sahəsi 35 kv.m olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtomobil sexində yanğın olub xəsarət alan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ