Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 05:44
Bakı. Trend:
"Nobel Oil Services" şirkəti, Qazaxstan Respublikasında qazma işlərinə aid ilk müqaviləni "Evrika Oleum" şirkəti ilə bağlayıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, müqavilə çərçivəsində Nobel Oil Services, Evrika Oleum şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək.
Müqavilə 3.100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur.
"Nobel Oil Services" şirkətinin Qazma işləri üzrə Baş Direktoru Samir Mollayev qeyd edib ki, “Evrika Oleum" şirkəti ilə bağlanan müqavilə ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir:
"Nobel Oil Services, Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxıstanda kontraktın əldə edilməsi, şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə Qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir. Bu həm də Qrupun Qazaxstanda qazma işləri layihələrinin idarə edilməsi istiqamətində atılmış ilk addımlardan biridir və şirkət, öz portfelini genişləndirmək üçün tələb olunan bütün bilik və təcrübəyə malikdir.
"Nobel Oil Services" neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin