Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gedək rentgenə orada hər şey görünəcək'' - Rozadan omba əməliyyatı iddialarına cavab

''Gedək rentgenə orada hər şey görünəcək'' - Rozadan omba əməliyyatı iddialarına cavab

Tarix: 4 Fevral 2020 13:35

"Reytinqi kiminlə tutmaq lazımdır? - Roza ilə... Bu, normal bir şeydir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində müğənni Roza Zərgərli Əməkdar artist Mətanət İsgəndərliyə cavab olaraq söyləyib.

O, həmkarının "Roza, sən əməliyyat etdirməmisən? Səni əməliyyatdan əvvəl də, sonra da görmüşəm. Niyə boynuna almırsan, gizlədirsən?" sözlərinə belə qarşılıq verib:

"Çox gülməlidir. Hamının reklamı "öləndə" düşünürlər ki, kimə daş ataq? Rozaya daş ataq. Mətanətə də, o biri danışan qızlara da deyirəm, gedək rentgenə orada hər şey görünəcək. Mətanət özü yerin altını da, üstünü də bilir. Ərki mənə çatıb mənə deyir. İki dəfə liposaksiya əməliyyatı etdirmişəm, bədən şəkilləndirmə əməliyyatı yox. 4,5 litr və 3,5 litr piy çıxarıblar".


Etiketlər:  Gedək rentgenə orada hər şey görünəcək Rozadan omba əməliyyatı iddialarına cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ