Tarix: 4 Fevral 2020 18:34
Azərbaycanlı futbolçular Anar Babayev və Kamil Hüseynov karyerasını Tailanda davam etdirəcək.Qol.az xəbər verir ki, onlar aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub. Bu barədə klubun saytı xəbər yayıb.
Hər iki futbolçu ilə bir illik sözləşmə imzalanıb. Anar Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub.
Xatırladaq ki, bir müddət əvvəl "Keşlə"nin sabiq futbolçusu Məmməd Quliyev Tailandın “Kamhenqphet” klubuna keçmişdi.