Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 18-ə yüksəlib

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 18-ə yüksəlib

Tarix: 5 Fevral 2020 06:44

Bakı. Trend:

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı sutka ərzində daha iki nəfər artaraq 18-ə çatıb.

Trend-in məlumatına görə, by barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı xəbər verib.

Fevralın 4-ü ölkədə "2019-nCoV" virus daşıyıcılarının sayının 16 olduğu bildirilirdi.

İki yeni yoluxanlar 38 yaşlı kişi və 21 yaşlı gənc qızdır.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 490 nəfərə çatıb, 24 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cənubi Koreyada koronavirusa yoluxanların sayı yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ