Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus ilk dəfə qapı qulpunda aşkarlandı

Koronavirus ilk dəfə qapı qulpunda aşkarlandı

Tarix: 6 Fevral 2020 01:30

Yeni koronavirusun tərkibində olan nuklein turşusu ilk dəfə qapı dəstəyində aşkarlanıb. Bunu Quancjou Xəstəliklərə nəzarət mərkəzi bəyan edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ilk dəfədir ki, dəhşətli virus xarici mühitdə əşyalar üzərində aşkarlanır.

Bu da onun daha çox yoluxucu olmasını sübut edir. Ona görə həkimlər hər dəfə qapı dəstəyinə toxunduqdan sonra əlləri yumağı məsləhət görür.

Eləcə də virus mobil telefon səthi, komputer və klaviaturaları üzərində qalır. Bu əşyalar hər gün dezinfeksiya olunmalıdır.
Koronavirus adətən insandan insana hava damcı yolu ilə yayılır.

Eləcə də Şencjen xəstəxanasının həkimləri sübut edib ki, tualetdə də viruslar qalır, yoluxmuş xəstələrin nəcisi ilə yoluxur.


Etiketlər:  Koronavirus dəfə qapı qulpunda aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ