Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 05:40
Bakı. Trend:
İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin etirazlarına görə 300-dən çox reysini təxirə salıb.
Trend-in məlumatına görə, etiraz edənlər arasında pilotlar və bələdçilər də var. Etiraz aksiyaları bu gün, 24 saat ərzində davam edəcək.
Təxirə salınan reyslər əsasən İtaliya və bəzi Avropa şəhərləri arasında olan reyslərdir. Etirazlarda həmçinin bir neçə böyük italyan şirkətlərinin işçiləri də iştirak edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin