Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Polis İdarəsi “Hollywood Cinema Club”la bağlı ETSN-ə şikayət göndərdi

Baş Polis İdarəsi “Hollywood Cinema Club”la bağlı ETSN-ə şikayət göndərdi

Tarix: 6 Fevral 2020 09:56

"Hollywood Cinema Club"un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərindən birinin şikayəti var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmır.

E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Qaldı ki, vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddiallar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq departamentinə müraciət olunub.
Tərəfimizdən araşdırmalar davam etdirilir".

Milli.Az


Etiketlər:  Baş Polis İdarəsi Hollywood Cinema Clubla bağlı ETSN şikayət göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ