Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı - SƏBƏB

Bakıda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı - SƏBƏB

Tarix: 7 Fevral 2020 15:26

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Yasamal rayonu "Qanlı göl" adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 mm diametrində olan qaz xəttinin üzərinə aşırıb.

"Azəriqaz" İstehsalat Birliyindən Sonxeber.net-a verilən məlumata görə, qaz sızmasının qarşısı alınıb, bərpa işləri aparılır.

Bununla yanaşı, Sabunçu rayonunda Savalan yaşayış massivində "David" marketin yaxınlığında vətəndaşa məxsus həyətyanı sahənin hasarının uçması nəticəsində 50 mm diametrində siyirtmə qırılıb. Müvəqqəti olaraq 50 abonentin qaz təchizatı dayandırılıb.

Xətai rayonu, Mehmandarov küçəsində, hazırda fəaliyyət göstərməyən çörək sexinə məxsus qaz xəttinin üzərinə ağac aşıb. Kəmər birləşmə yerindən qopub".


Etiketlər:  Bakıda bəzi ərazilərdə təchizatı dayandırıldı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ