Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda bir məktəbdə on şagird “donuz qripi”nə yoluxub

İrəvanda bir məktəbdə on şagird “donuz qripi”nə yoluxub

Tarix: 7 Fevral 2020 20:20

Ermənistanın paytaxtı İrəvanda bir məktəbdə on şagirdin "donuz qripi"nə yoluxduğu məlum olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, A. Puşkin adına 8 nömrəli məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan artıq şagirddə A tip H1N1 ("donuz qripi") virusu aşkarlanıb.

Direktor bunun son rəqəm olmadığının ehtimal edildiyini də deyib. Onun sözlərinə görə, heç də bütün valideynlər tibbi arayış gətirməyiblər.

Uşaqların dərsə davamiyyəti isə son günlər çox aşağı düşüb.


Etiketlər:  İrəvanda məktəbdə şagird donuz qripinə yoluxub


RƏYLƏR