Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 12:44
Gecə saatlarında Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda sakinlər arasında kütləvi dava baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 8 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb.
Hadisə zamanı onlarla ev yandırılıb.
Polis 50-yə yaxın şəxsi saxlayıb. Qeyd olunur ki, münaqişə məişət zəminində başlayıb.
Ölkə prezidenti Kasım-Jomart Tokayev Baş prokurorluğa insidentin araşdırılması ilə bağlı tapşırıq verib.