Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 12:40
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun “Qəbələ” – “Sumqayıt” final oyununda (1:0) baş verən hadisələr müzakirə olunub.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.