Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 19:48
2020-ci ilin martından "Twitter" sosial şəbəkəsi istifadəçi hesablarındakı yanlış məlumat yayan və insanlara zərər vuran saxta media materialları xüsusi işarə ilə qeyd edəcək. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətin saytındakı məlumata əsasən, şəkil və videolar xüsusi indikatorla işarələnəcək və bu, həmin media faylların saxta olduğunu göstərəcək.
Məlumata görə, sözügedən funksiya martın 5-dən istifadəyə veriləcək.
ABŞ-ın "Twitter Inc." şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas həlli qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.