Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 11:00
Fevralın 9-da səhər saat 8:00-da Gəncə şəhərindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Gəncədə 4 dairə seçki məntəqəsi üzrə ümumilikdə, 111 məntəqə fəaliyyət göstərir.
Seçki məntəqələrindən 4-ü qapalıdır. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151 min 450 nəfərdir. Onlardan 105-i ilk dəfə səs verəcək. Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı 36-dır.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.