Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:54
Saat 08.00-dan 14.00-dək növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə 4 müraciət daxil olub.
Şuradan Sonxeber.net-a verilən məlumata görə, müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər "7news" saytının əməkdaşı Murad Musayev, "Ayna.az" saytının əməkdaşı Rumiyyə Miraslan, "Femida.az" saytının əməkdaşı Mircəlal Məcidov və "Mediapress.az" saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılıb, problemlər aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün "qaynar xətt" təşkil olunub. Belə ki qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək.
MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyirlər. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə normal şəraitin yaradıldığını, heç bir maneə qeydə almayıblar.