Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 16:15
Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirilir. Seçkilərin təşkili məni heyran etdi. İsraildən çox müşahidəçi gəlib. Burada gördüyümüz hər şey mükəmməldir. Məncə, hamı çox razı qalıb. Təkcə sizdə deyil, bütün dünyada da belə olmalıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Maale-Adumim şəhərinin vitse-meri Boris Qrossman söyləyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilin əsas hadisəsidir və bu hadisə dövlətin və cəmiyyətin sonrakı inkişafına şəksiz təsir göstərəcək. B.Qrossman deyib: "Xarici müşahidəçilərin dəvət edilməsi göstərir ki, Azərbaycanda parlament seçkiləri açıq, azad və aşkar keçirilir. Səsvermə prosesi beynəlxalq normalara uyğundur. Məni təəccübləndirən məqamlardan biri də bu oldu ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, seçki məntəqələrində vətəndaşların fəallığı yüksəkdir. Bayırda bir dərəcə şaxtadır, amma insanlar, xüsusən də gənclər seçki məntəqələrinə axışırlar. Bu, çox yaxşı haldır".