Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI

Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI

Tarix: 9 Fevral 2020 21:45

ABŞ-ın Kolumbiya Universitetində aparılan araşdırmalar sayəsində məlum olub ki, axşam saat 18.00-dan sonra qəbul edilən qida bədən kütləsi indeksini və yüksək təzyiq riskini artırır.

Sonxeber.net xəbər verir ki, saat 6-dan sonra yemək yeyən qadınlarda ürək-damar xəstəliyi artır. Araşdırmada 33 yaşı olan 112 qadının ürək sağlamlığı analiz edilib. Bir illik tədqiqat nəticəsində, saat 18.00-dan sonra gündəlik kalori ehtiyacından çox yeyən qadınların digərlərindən daha çox ürək problemi yaşadığı məlum olub.

Kolumbiya Universitetinin professoru Nour Makaremin sözlərinə görə, ürək və damar xəstəliklərinin profilaktikasında yeyilən məhsulların siyahısı və miqdarı əsas götürülüb. Bu araşdırma göstərib ki, yemək saatları sağlamlığımızda mühüm rol oynayır. (publika.az)


Etiketlər:  Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ