Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macarıstanlı jurnalist: Gənclər seçki prosesinə pozitiv yanaşırlar

Macarıstanlı jurnalist: Gənclər seçki prosesinə pozitiv yanaşırlar

Tarix: 9 Fevral 2020 22:36

Macarıstanlı jurnalist Peter Dunayi parlament seçkilərində sərbəst fərdi müşahidəçi qismində iştirak edib və azərbaycanlı mətbuat nümayəndələri ilə təəssüratlarını bölüşüb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, P.Dunayi bildirib ki, seçkilərlə bağlı araşdırma-məqalə hazırlamaq üçün Azərbaycana gəlib.

"Təəssüratlarım yaxşıdır. 4 məntəqədə oldum. Seçici axını vardı. Onlardan soruşduqda seçkiyə gəlməyi borcları hesab edirdilər. Xüsusilə gənclər prosesə pozitiv yanaşırdılar. Dəyişikliklər gözləyirlər. Regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda iqtisadi artım əhəmiyyətli dərəcədə üstündür. Təkcə nefti nəzərdə tutmuram. Ölkəniz açıq ölkədir. Geniş təcrübə var. Gənc nəsil üçün üstünlüklər çoxdur. İngiliscə kifayət qədər yaxşı danışırsınız. Bu, vacib məsələdir. Azərbaycanla Avropa seçki sistemi arasında heç bir fərq yoxdur".

Jurnalist məqaləsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından yazacağını da deyib:

"Cocuq Mərcanlıda səfərdə oldum. Azərbaycan ordusu tərəfindən 2016-cı ildə işğaldan azad olunduğunu da bilirəm və bu barədə yazacağam".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.a


Etiketlər:  Macarıstanlı jurnalist Gənclər seçki prosesinə pozitiv yanaşırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ