Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin - RESEPTLƏR

Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin - RESEPTLƏR

Tarix: 9 Fevral 2020 23:57

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur.

Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar.  

Sonxeber.net e-tibb.az-a istinadən həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir:

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 

1 ədəd heyva tumunu 1 stəkan süddə (və ya suda) 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.

1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır. Bu öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir.

Heyva ağacının yarpaqlarından da öskürək zamanı çay kimi dəmləyib içə bilərsiniz.


Etiketlər:  Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin RESEPTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ