Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 08:15
Seçki məntəqələrində heç bir təşviqat, qanunsuz hərəkət olmayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov mətbuat konfransı zamanı deyib.
A.Juravlyob bildirib ki, onlar kifayət qədər sayda saytı ziyarət ediblər, orda baş verənlərə baxıb və vəziyyəti diqqətlə qiymətləndiriblər:
"Bir neçə cəhəti qeyd etmək istərdim. Birincisi, seçkilərin kifayət qədər yüksək səviyyədə təşkili. Beynəlxalq tələblərə gəldikdə, bütün texniki məsələlərə tamamilə əməl olunub. Heç bir təşviqat, ərazilərdə qanunsuz hərəkətlər qeydə alınmayıb".
Dövlət Dumasının deputatı məntəqələrdə çox sayda müşahidəçinin olduğunu da qeyd edib:
"İlk növbədə qeyd etmək istərdim ki, bütün müşahidəçilər seçki müşahidəsi baxımından bütün lazım olan çıxışla təmin edilib, bu da vacibdir".
Seçicilərin baş barmaqlarında olan xüsusi işarələrə də münasibət bildirdi:
"Bütün müşahidəçilər insanların yaxınlaşdıqlarını diqqətlə izlədilər və ultrabənövşəyi şüalanmada seçicinin ilk dəfə səs verməsi aydın görünürdü".
Son olaraq o dedi ki, ümumilikdə seçkilər qanuni, rəqabət şəraitində keçib.
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.