Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvadan olan müşahidəçi: ''Sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək''

Litvadan olan müşahidəçi: ''Sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək''

Tarix: 10 Fevral 2020 12:06

Dağlıq Qarabağ və onun ətraf rayonlarının Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın inkişafı üçün çox böyük əngəldir. Biz bunu ciddi təəssüf hissi ilə qeyd edirik.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Litvadan olan beynəlxalq müşahidəçi, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Valeriy Simulik deyib.

Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu xüsusi nəzərə çatdıran V.Simulikin sözlərinə görə, Litva-Azərbaycan Dostluq Qrupunun üzvləri olaraq, Azərbaycan torpaqlarının işğal edilməsi probleminə bələddirlər və bu həqiqətləri çox gözəl bilirlər:

"Bunu da deyim ki, Litva, Latviya və Estoniyanı birləşdirən Baltiya Assambleyası var. Mən bir müddət həmin assambleyanın parlamentlərarası qurumunun rəhbəri olmuşam. Bizim bir bəyanatımız olub və orada qeyd etmişik ki, bütün GUAM ölkələrinin, yəni Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi var. Onların ərazi bütövlüyünə müəyyən təcavüzlər edilib. Günahkar kimdir - bunu hamımız çox yaxşı bilirik".

V.Simulik əlavə edib ki, işğal məsələləri ədalət yolu ilə həll olunacaq: "Litvanın özü də uzun müddət işğal altında olub. Əlbəttə ki, işğal faktorunun aradan qaldırılması üçün çox vaxt lazımdır. Xalq səbirli olmalıdır, amma sonda ədalət bərpa olunacaq və Azərbaycanın ərazi bütövlüyü də təmin ediləcək".


Etiketlər:  Litvadan olan müşahidəçi Sonda ədalət bərpa olunacaq Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ