Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:06
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) missiyası Azərbaycanda parlament seçkilərini legitim, şəffaf və düzgün hesab edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ŞƏT missiyasının rəhbəri Şerali Cononov deyib.
O bildirib ki, seçki məntəqələrində seçicilərin barmağına vurulan görünməz boyanın yoxlanılması üçün ultrabənövşəyi detektorlardan istifadə olunub:
"MSK-nın saytında, eləcə də qurumun məlumat mərkəzlərində seçki məntəqələrinin, komissiyaların tərkibləri barədə məlumatlar yerləşdirilib. Seçki komissiyaları bülletenlərlə, çap materialları ilə və digər zəruri avadanlıqla təchiz olunub".
Ş.Cononovun sözlərinə görə, beynəlxalq müşahidəçilərin dəvət olunması parlament seçkilərinin açıqlığı, şəffaflığı və demokratikliyini təmin edir:
"Missiya Bakıda, Abşeron yarımadasının yaşayış məntəqələrində, Gəncə, Sumqayıt, Şirvanda və ətraf ərazilərdə müşahidə aparıb. ŞƏT missiyasının üzvklər gün ərzində 204 seçki məntəqəsində olub. Missiya Azərbaycan MSK-nın gördüyü işi müsbət qiymətləndirir. MSK-nın fəaliyyəti ixtisaslaşmış, şəffaf, açıq və müstəqil xarakter daşıyırdı. Missiya vurğulayır ki, parlament seçkiləri ölkənin qanunvericiliyinə, eləcə də beynəlxalq standartlara uyğun keçirilib. Missiya Azərbaycanda parlament seçkilərini legitim, şəffaf və düzgün hesab edir və Azərbaycan xalqını təbrik edir".