Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 22:04
Avropada "Kyara" qasırğası nəticəsində 6 nəfər ölüb.
Sonxeber.net "Qafqazinfo"ya isitnadən xəbər verir ki, Çexiya, Sloveniya və Böyük Britaniyada üzərinə ağac düşən avtomobillərin sürücüləri dünyalarını dəyişib.
Daha iki nəfər isə Polşanın dağ-xizək kurortunda dam örtüyünün uçması nəticəsində ölüb. İki nəfər isə travma alıb.
İsveçdə Feqen gölündə bir nəfər isə içərisində olduğu qayığın aşması nəticəsində dünyasını dəyişib. Qayıqdakı digər şəxsin isə axtarışları davam edir.
"Kyara" qasırğası səbəbindən Avropada yüzlərlə aviareyslər və qatarların hərəkəti təxirə salınıb.
Qasırğa, həmçinin, Fransada 130 min, Böyük Britaniyada 62 min, Bavariyada 50 min, İrlandiyada isə 10 min evi işıqsız qoyub.
Küləyin sürəti Uelsin şimal-qərbində saatda 150 kilometrə, Fransanın şimalında isə 140 kilometrə çatır.