Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzərlik suyu içdi - Komaya girdi

Üzərlik suyu içdi - Komaya girdi

Tarix: 10 Fevral 2020 22:06

Rahat yatmaq üçün üzərlik otu içən 76 yaşlı qadının halı pisləşib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, F.A adlı qadın bitkinin suyunu içdikdən bir qədər sonra narahatlıq hiss edib. O, dərhal xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Burada 3 gün müalicə olduqdan sonra sağlamlığına qovuşub.

Həkim bildirib ki, bilib-bilmədən bitkilərdən istifadə etmək,xüsusilə yaşlı insanlarda ölümlə nəticələn bilər. Onun sözlərinə görə, xəstə təcili yardımla gətirilən zaman huşsuz vəziyyətdə olub. İlkin yardım göstərilsə də, qadının tənəffüs çatışmazlığı olub və ona süni tənəffüs aparatı qoşulub.

Bundan sonra reanimasiyaya qaldırılıb. Qadının bəxti gətirib ki, ilkin yardım düzgün göstərilib. Əks halda onun üzərlik suyu içərək rahat yatmaq istəyi ölümlə nəticələnə bilərdi.


Etiketlər:  Üzərlik suyu içdi Komaya girdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ