Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

Tarix: 11 Fevral 2020 07:12

Çinin "Xiaomi", "Huawei Technologies", "Oppo" və "Vivo" kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "GDSA" (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, "Xiaomi" Hindistanda, "Vivo" və "Oppo" Cənub-Şərqi Asiyada, "Huawei" Avropada.

Analitiklərin fikrincə, "GDSA" platforması "Google Play" servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.


Etiketlər:  Çin şirkətləri əlavələr mağazası yaradacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ