Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 12:42
Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente" arasında keçirilən matçda maraqlı hadisə yaşanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Rasinq"in futbolçusu Marselo Dias görüşün fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.
M.Dias görüşdə yeganə qolun müəllifi olub. O, 86-cı dəqiqədə fərqlənib.