Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ''AGF Junior Trophy'' beynəlxalq turniri davam edir (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ''AGF Junior Trophy'' beynəlxalq turniri davam edir (FOTO)

Tarix: 20 Aprel 2019 14:22

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində təsnifat yarışları davam edir.

Trend-in məlumatına görə, müxtəlif ölkələrdən olan gimnastlar çıxışlarını nümayiş etdirirlər.

Ümumilikdə yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

FOTO - Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Junior Trophy beynəlxalq turniri davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ