Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncə sakini yarım kiloqrama yaxın marixuana ilə tutuldu

Gəncə sakini yarım kiloqrama yaxın marixuana ilə tutuldu

Tarix: 12 Fevral 2020 18:10

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Gəncə sakini yarım kiloqrama yaxın marixuana ilə tutuldu


RƏYLƏR