Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 19:54
"Azərbaycanın dövlət qurumlarının yenilənməsi dövlət idarəçiliyinin müasir tələblərinə cavab verir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın yeni parlamenti öz funksiyalarına və tapşırıqlarına daha ciddi yanaşmalıdır:
"Biz bilirik ki, son dövrlərdə ölkədə idarəetmə sistemi modernləşdirilir və islahatlar bundan sonra da davam edəcək. Bu baxımdan yeni parlamentarilər öz seçicilərinə daha yaxın və loyal olmalıdır. Milli Məclisin üzvləri paytaxtda iclasları ilə yanaşı, seçildiyi regionlara səfər etməli, sakinlərin vəziyyəti ilə tanış olmalı və bununla da regionun inkişafına xidmət etməlidir. Parlamentarilərin qarşısında məhz bu tapşırıqlar dayanır".
Politioloq qeyd edib ki, parlament seçkilərindən sonra Azərbaycan öz daxili və xarici kursunu davam etdirəcək. O əlavə edib ki, Azərbaycanın qarşısında dayanan ən böyük tapşırıq işğal olunmuş torpaqları qaytarmaqdır:
"Fikrimcə, 2020-ci il tərəflər arasında sülh danışıqları ili olacaq. Ermənistan da bu il ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və tələblərə əməl etməlidir. Bütün bu müddət ərzində Bakı sülhməramlı siyasətini nümayiş etdirib. Azərbaycan ATƏT-in beynəlxalq müşahidəçilərinə, BMT Təhlükəsizlik Şurasının üzvlərinə beynəlxalq hüququn tələblərinə əməl etməsi məqsədilə Ermənistana təsir göstərmələri üçün müraciət edib".