Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 20:06
2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 3,1 milyard manata bərabər olub.
Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,6 faiz artıb.
Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.