Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 08:34
"Liverpul"un baş məşqçisi Yurgen Klopp istənilən vaxt ölkəsi Almaniyaya qayıda bilər.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə təcrübəli mütəxəssisin müqaviləsindəki bənddə göstərilib.
"Qırmızılar"la sözləşmə müddətini 2024-cü ilə qədər yeniləyən Klopp ora istədiyi vaxt Bundesliqaya dönə bilər şərtini qoydurub. 2015-ci ildən "Liverpul"a rəhbərlik edən 53 yaşlı çalışdırıcı ilə bağlı bu məsələ klub rəhbərliyini ciddi şəkildə narahat edir. Onlar Kloppun bir müddət sonra "Bavariya"ya getmək ehtimalından çəkinirlər.
Qeyd edək ki, ötən il Çempionlar Liqasını qazanan "Liverpul" bu mövsüm Premyer Liqa çempionluğuna çox yaxındır.