Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biznes üçün təlim və məsləhət xidmətləri Xaçmaz KOB İnkişaf Mərkəzində - FOTO

Biznes üçün təlim və məsləhət xidmətləri Xaçmaz KOB İnkişaf Mərkəzində - FOTO

Tarix: 13 Fevral 2020 09:52

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları (KOB) və biznesə başlamaq istəyənləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən yararlanmağa dəvət edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur.

2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvörkinq, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il Bakıda və ölkə regionlarında daha 3 KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.


Etiketlər:  Biznes üçün təlim məsləhət xidmətləri Xaçmaz İnkişaf Mərkəzində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ