Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 15:48
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Real"la oyunla bağlı fikirlərini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o deyib ki, Madrid klubuna qalib gələ bilməsələr, istefaya göndərilə bilər: "Çempionlar Liqasını qazanmaq istəyirəm. Mən bunu arzulayıram və növbəti iki həftə ərzində "Real"la oyuna hazırlığı səbirsizliklə gözləyirəm. Bu iki həftə ərzində mən xoşbəxt olacağam. Əgər biz qalib gələ bilməsək, idman direktoru deyə bilər: "Bu, pisdir, Çempionlar Liqasını qazanmaq istəyirik, səni qovacağam".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 26-ı, cavab görüşü isə martın 17-i keçiriləcək.