Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 15:15
Bakı. Trend:
Binəqədidə mənzildə 71 yaşlı qadın meyiti tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin