Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR

Ofis işçiləri üçün bel sağlamlığını qoruyacaq sadə ÜSULLAR

Tarix: 13 Fevral 2020 21:36

Adətən ağır fiziki işlərlə məşğul olanlarda çox rastlanan bel ağrıları, müasir dövrdə ofisdə çalışan şəxslərdə də artıb. Xüsusilə,qadınlarda daha çox müşahidə edilir.

Medicina.az xəbər verir ki, bu ağrılar adətən düzgün idman vərdişləri olmayan işçilərdə tez-tez əmələ gəlir.

Həddən artıq ağır yük qaldırmaq və fiziki olaraq özümüzü gücə salmaq bel ağrılarının əsas səbəblərindəndir. Təkrarlayıcı hərəkətlər, xüsusilə ofis stullarında edilən sağa-sola dönmə, yada önə-arxaya uzanmalar digər səbəblərdəndir. Eyni müddət bir pozisiyada oturub işləmək də belinizi zədələyə bilir.

Türkiyəli uzman Altan Yalım bel sağlamlığını qorumaq üçün bəzi məsləhətlər verib.

- Ağır işlərdə çalışanlar mütləq bel bölgəsini qüvvətləndirən qüvvət hərəkətlər etməlidir. Əlavə olaraq, bu hissədəki əzələləri dartaraq boş buraxmaq lazımdır.

- Hər gün yarım saat gəzmək də bel və qarın əzələlərinin uyğun gərginlikdə qalmalarına faydalıdır.

-Həddən artıq kökəlmə,əzələ zəifliyi qədər bel bölgəsini yükləyən bir problemdir. Buna görə də düzgün çəki bel üçün önəmlidir.

-Ofis masasının və stulunun quruluşu gün boyu bizi yora bilər. Ona görə də stulun hündürlüyü, bel üçün vacib amildir.

- Ofisdə saatlarla hərəkətsiz halda masa başında çalışanlar, ən azından bir saatdan bir ofis içində bir tur atmalıdırlar. Bu əzələlərimizi rahatlaşdırır.

- Qadınların hündürdaban ayaqqabı geyinməsi də problemlərdən biridir. Belə ki, çox hündür daban ayaqqabılar insanın ağırlığının belinə düşməsi ilə nəticələnir və bel zədələnir. Ayaqqabı nə çox hündür, nə də çox alçaq daban olmalıdır.


Etiketlər:  Ofis işçiləri üçün sağlamlığını qoruyacaq sadə ÜSULLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ