Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tokio-2020-yə nəzərdə tutulan lisenziyaları qazanmalıyıq" - Elçin Cəfərov

Tarix: 14 Fevral 2020 11:42

Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığmamız bu gecə vətənə qayıdıb.

Qol.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında 2-ci yeri tutan millimizi hava limanında güləş federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını şərh edib: “Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.

Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

 


Etiketlər:  Tokio 2020 nəzərdə tutulan lisenziyaları qazanmalıyıq Elçin Cəfərov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ