Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı: ''Şokdayam''

Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı: ''Şokdayam''

Tarix: 14 Fevral 2020 11:50

Xoşqədəm Hidayətqızı evli kişidən uşaq doğan gənc qızı ayaqüstə alqışlayıb.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan Səlihətin davranışı aparıcını özündən çıxarıb. 

"Mənim, həqiqətən, bu gün "Səni axtarıram"ın onillik tarixində ilk dəfədir, qarşıma belə bir xanım çıxıb. Qanuni dünyaya gətirdiyi uşağı üçün həyat yoldaşından aliment istəyən, utandıqlarından başını qaldırmayan analar gördüm. Səlihət, gəlmisən, sənə də kömək edəcəm. DNT də etdirəcəm, aliment də kəsdirəcəm. Amma mən şokdayam, bala. Yaxşı ki, sənin qızın olmayıb. Tamaşaçılar məni qınamasın, burada balansı qorumağa çalışıram, sən burada hamını susdurdun. Burada susacaq, başını aşağı salacaq biri varsa, o da sənsən. Şokdayam!"

Qeyd edək ki, Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu ilə tanış olub. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. 2018-ci ildə Səlihət ondan bir uşaq dünyaya gətirib. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.

Elşən efirə gələrək uşağın ondan olmadığını bildirib.


Etiketlər:  Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı Şokdayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ