Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 15:02
Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən sürüşmənin səbəbləri araşdırılır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib: "Hazırda mütəxəssislər hadisə yerindədir. Sürüşmə yerinin miqyasını və səbəblərini araşdırırıq. Araşdırmalardan sonra sürüşmənin səbəbi məlum olacaq. Əvvəl müşahidə etdiyimiz kütlə üzərində qismən dəyişiklik baş verib. Ərazidə monitorinqlər davam etdirilir".
Xatırladaq ki, bu gün səhər saatlarında Badamdar qəsəbəsi, Badamdar şossesinin yerləşdiri ərazidəki yamacda sürüşmə hadisəsi baş verib.