Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkum həmyerlisini güllələdi

Keçmiş məhkum həmyerlisini güllələdi

Tarix: 14 Fevral 2020 16:14

Tüfəngdən açıdığı atəşlə həmyerlisinə xəsarət yetirmiş Samux rayon sakini saxlanılıb.

Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "TOZ-M" markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Keçmiş məhkum həmyerlisini güllələdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR