Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 20:50
Bolqarıstanın "Levski" klubunun qapıçısı Milan Miyatoviçin Azərbaycanda oynamaq variantı olub.
Qol.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper Bolqarıstan mətbuatına açıqlamasında deyib.Miyatoviç bildirib ki, Azərbaycan klublarından birindən əlverişli təklif alıb, ancaq "Levski" onu buraxmaq istəməyib:
"Levski"də hər şey mükəmməldir. Onlar məndən razıdırlar, hətta Azərbaycandan göndərilən təklifi rədd etdilər. Bununla belə, komandadan bəzi oyunçular gedirlər, rəhbərlik dəyişir. Klubun mənimlə müqaviləni uzadıb-uzatmayacağı mayda bəlli olacaq".