Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreş Pakistanın baş naziri və xarici işlər naziri ilə görüşəcək

Quterreş Pakistanın baş naziri və xarici işlər naziri ilə görüşəcək

Tarix: 15 Fevral 2020 08:24

BMT-nin Baş katibi Antoniu Quterreş fevralın 16-da İslamabadda Pakistanın Baş naziri İmran Xan və xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Ducarrik bildirib.

Rəsmi nümayəndə deyib: "Baş katib bazar günü İslamabada gələcək. Baş nazir İmran Xan, xarici işlər naziri Mahmud Qureyshi ilə ikitərəfli görüşlər keçirəcək və davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda tədbirdə çıxış edəcək".

Bildirib ki, Quterreşin fevralın 17-də Pakistan prezidenti Arif Alvi ilə görüşü planlaşdırılıb.


Etiketlər:  Quterreş Pakistanın baş naziri xarici işlər naziri ilə görüşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ