Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 11:00
"Mən yaxşıyam. Fiziki məhdudiyyətlərimi mümkün qədər qəbul edirəm. Amma oyunu davam etdirmək niyyətindəyəm".
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Pele səhhəti barədə danışarkən deyib. Oktyabrda 80 yaşını tamamlayacaq braziliyalı ötən ay fotoçəkiliş etdiyini və hazırda haqqında sənədli film hazırlandığını da bildirib:
"Nə yaxşıyam, nə də pis. Bu yaşda olan bir insan üçün normaldır. Heç nədən qorxmuram. Qətiyyətimə əminəm. Planlarımı, öhdəliklərimi yerinə yetirməkdən qaçmağa çalışmıram".