Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 16:44
"Zirə" Azərbaycan Premyer Liqasının 17-ci turunda hazırda davam edən "Qarabağ"la matçda 10 nəfərlə qalıb.
Qol.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Cavid Hüseynov komandasını azlıqda qoyub. O, görüşün 67-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, "Zirə"nin digər futbolçusu Ağabala Ramazanov da ötən tur "Sumqayıt"la matçda birbaşa qırmızı vərəqə almışdı.
Dalbadal iki tur iki aparıcı oyunçunun birbaşa qırmızı vərəqə alması "Zirə"də intizamla bağlı problemlərin olduğunu göstərir. Baş məşqçi Zaur Həşimovun artıq bu məsələ ilə bağlı ciddi ölçü götürməyinin vaxtı çatıb. Çünki bu gedişat gələcəkdə "Zirə"nin nəticələrinin daha da pisləşməsinə gətirib çıxaracaq.