Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2020 03:32
Alimlər tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, iqlim dəyişikliyi nəticəsində 2070-ci ilə qədər yer kürəsindəki heyvanların və bitkilərin 1/3-i məhv olacaq.
Sonxeber.net xəbər verir ki, elmi iş Arizona Universitetinin tədqiqatçıları tərəfindən aparılıb.
Mütəxəssislər dünyanın 531 yerində 538 növün vəziyyətini araşdırıb. Araşdırma 44 faiz növün planetimizin bir neçə yerində artıq yoxa çıxdığını müəyyənləşdirməyə kömək edib.
Nəzərə alsaq ki, planetimizdə qlobal istiləşmə davam edəcək, təbiət varlıqlarının yox olmaq təhlükəsi yüksələn faizlə inkişaf edəcək. İlkin tendensiya bioloji müxtəlifliyin zəngin olduğu tropik bölgələrdə nəzərə çarpacaq. (ölkə.az)